1:1 itirməmək üçün
22.07.2012 - 23:33
Avroliqada ilk mərhələni uğurla adlayan "İnter"lə "Xəzər Lənkəran"ın bu dəfə işinin çətin olacağını proqnozlaşdırmaq olardı. "Lex"in bizim komandalarla dueldən həmişə üzüağ çıxması və "Asteras"ın "Trans"dan həddən artıq güclü olması narahatçılığa səbəb olmalıydı. Amma öz potensialımıza da bələd olub meydanda gücümüzü göstərib, nəyəsə nail olmaq mümkün idi.
Hər halda, qarşımıza çıxan komandalar Avropa nəhəngləri olmadığından rəqibi tələyə salmağa dəyərdi. Nəzərə almaq lazım idi ki, bu, bizim gördüyümüz "Lex"in heç kölgəsi də deyildi. "Asteras" isə avrokuboklar tarixində debüt matçına çıxırdı.
Ancaq təəssüf ki, hər iki klubumuz evdə rəqibiylə 1:1 hesablı nəticəyə razılaşıb, cavab matçı öncəsi işini çətinə saldı. Belə tarixi şansı qaçırdıqdan sonra yenidən toparlanmaq heç də asan məsələ deyil. Amma deyirlər, ümid sonda ölür. Evdə uduzmamışıq ki?
Deməli, səfərdə oynasaq da, yenə də şansımız var. Sadəcə, ən azı status-kvonu bərpa etmək üçün səfərdə bir qol vurmaq lazımdı. Külli miqdarda pul qazanan futbolçularımız da ümidləri məhz belə bir məqamda doğrultmalıdı. Onlar bizə belə yerdə lazımdı. Bu meydan, bu şeytan, bu da siz...
Mərhələ adlamağın sirri
Fikrimcə, hər iki komandamızın cavab oyunlarında özünəməxsus üstünlüyü olacaq. Söhbət hər iki təmsilçimizin rəqibiylə yox, bir-biriylə müqayisədə üstünlüyündən gedir. Bu gün "Xəzər Lənkəran"ın "İnter"dən üstünlüyü ilk matçda rəqibindən çəkinməyərək daha məzmunlu futbol sərgiləməsi oldu. İlk matçda cənublular sindrom yaşadığımız poznanlılardan daha yaxşı oynayırdı. Hiss olunurdu ki, həmişə bizi udan "Lex" bu dəfə meydana sadəcə, uduzmamaq üçün çıxıb. Qələbə qazanmaq üçün dəridən-qabıqdan çıxan və Subaşiçlə hesabı erkən açan cənublular qapısında yersiz qolu görməsəydi, sona qədər üstünlüyünü qoruya bilərdi. Hələ mən Adrian Pitin əla qol imkanını qaçırtdığını demirəm.
Cavab oyununda "Lex"in belə məhkum oyun sərgiləməyəcəyinə əmin olsam da, bu komandayla oynamağın mümkün olduğunu da dərk edirəm. "Xəzər Lənkəran" səfərdə bu rəqibinin qapısına daha bir dəfə yol tapmaq gücündədi.
"İnter"in ilk matçda rəqibi daha fəal oynasa da, "bankirlər"in lənkəranlılarla müqayisədə daha soyuqqanlı olması adama ümid verir. Bu komanda vaxtıyla evdə "Lex"ə 0:1 hesabıyla uduzduqdan sonra səfərdə eyni hesabla qələbə qazanıb matçın taleyini penaltilərə daşıya bilirsə, deməli, "Asteras"a da müqavimət göstərmək gücündədi. Rəqibin təcrübəsizliyi Kaxaber Sxadadzenin yetirmələri üçün sadəcə, göydəndüşmədi. Müdafiədə inamlı oyun və rəqibin qapısına yol tapmaq kifayətdi.
İlk matçda imkanlarından aşağı səviyyədə çıxış edən bir neçə futbolçumuzun da toparlanması şərtdi. Məsələn, biz ilk oyunda Adamiyanı görmədik. Gürcü futbolçu cavab matçında enerji toplamasa, qolumuzun biri qırıla bilər. Çünki belə oyunlarda cinahdan hücumların əhəmiyyəti çox böyükdü.
Mümkün rəqiblərimizi tanıyaq
Bəli, vəziyyətmiz çətin olsa da, növbəti mərhələdə artıq adları məlum olan rəqiblərlə görüşmək ehtimalımız var. Belə ki, "Xəzər Lənkəran" "Lex" səddini aşmalı olsa, "Hafnarfyordur"u üstələyəcək İsveçin AİK komandasıyla qarşılaşmalı olacaq. Etiraf edim ki, ölkəsinin köklü komandalarından sayılsa da, solnalılar "Lex"dən heç də güclü deyil. Bu komandanın qitə səhnəsində sonuncu dəfə ən parlaq çıxışı 2000-ci ildə ÇL-in qrup mərhələsinə vəsiqə qazanması idi. Onda da solnalılar "Barselona", "Arsenal" və "Fiorentina"nın mühasirəsindən çıxa bilməmişdi. Andreas Almın yetirmələri hazırda İsveç çempionatında 15 turdan sonra 6-cı pillədədi. Onları lider "Elfsborq"dan 7 xal ayırır.
Komanda (son turu istisna etsək - red.) evdə keçirdiyi 7 oyunda 3 qələbə və 4 heç-heçəylə yadda qalıb. Hələ ki, bu mövsüm AİK ardıcıl 3 qələbə qazanmayıb.
"İnter"in mümkün rəqibi olacaq Portuqaliya "Maritimu"su isə daha təhlükəli rəqibdi. Ötən mövsüm Portuqaliya çempionatında 5-ci yeri tutan komanda 2008-ci ildən bəri artıq 3-cü dəfə analoji nəticəyə imza atır. Pedro Martinsin başçılığı altında çıxış edən komandanın əsas özəyi isə braziliyalı futbolçulardı. Təsəvvür edin ki, bu komandada 8 "sambaçı" top qovur.
Ümumilikdə bu komandada elə 8 portuqaliyalı var. Ötən mövsüm evdə inamlı çıxış edən komanda 9 dəfə doğma azarkeşləri önündə qələbə qazanmışdısa, öz stadionunda 4 dəfə uduzmaqla da zəif cəhətinin olduğunu büruzə vermişdi. Mövsüm boyunca ardıcıl 4 qələbədən artıq nəticəyə imza ata bilməyən Martinsin yetirmələri bir dönəm hətta ardıcıl 3 oyuna bir xal belə qazana bilməmişdi.
Ümid edək!
Arxa tullanmamış “hop” demək düzgün olmasa da, qiyabi şanslara nəzər salsaq, "Xəzər Lənkəran"la "İnter" qarşıdakı rəqiblərinə görə qorxmamalıdı. "Qarabağ" "Rusenborq" və "Visla"nı keçib "Brügge"nin başını ağrıtmaq gücündə olubsa, cənublularla "bankirlər" də eyni ssenariylə hərəkət edə bilər. AİK-in fiziki cəhətdən güclü olması və "Maritimu"nun ölkəsinin adı bizim üçün əhəmiyyət kəsb etməməlidi! Bu komandaları da adlamaq mümkünsüz deyil!

0
0