Bakı üçün yeni rəqib
26.02.2013 - 18:38
Avro-2020-nin oyunlarını qəbul etməyə namizədlərin siyahısına Ukrayna da qoşulub. Apasport.az saytının məlumatına görə, Ukrayna 1 və ya 2 şəhərinin qitənin ən nüfuzlu turnirinə ev sahibliyi ilə bağlı UEFA-ya müraciət edəcək.
Bu qərar Ukrayna Futbol Federasiyasının İcraiyyə Komitəsinin iclasında verilib. Lakin konkret şəhərlər hələ dəqiqləşməyib. Avro-2012-ni qəbul edən şəhərlər, həmçinin Odessada inşa olunan yeni stadion bu siyahıya düşə bilər.
Qeyd edək ki, 2020-ci ildəki qitə çempionatının final mərhələsi 13 şəhərdə keçiriləcək. Bunlardan 12-si qrip mərhələsinin 3 oyununu və pley-offda (1/8 və 1/4) 1 görüşü qəbul edəcək. 13-cü şəhər isə yarımfinal və finala ev sahibliyi edəcək. Hər ölkə 2 sifariş edə bilər.
Birincisi standart – 12 şəhərdən biri olmağa, digəri isə həlledici matçlar üçün. AFFA tərəfindən Bakının da bu şəhərlərdən biri olmağa namizədliyi verilib.

0
0