Cavid İmamverdiyevin ağzını “bağlayıb”, heyətdən qovdular
28.02.2013 - 17:00
“Simurq”la kubok matçı gərgin oldu. 90 dəqiqə rəqib qapısında “oturduq”. Bizə qələbə üçün 1 qol vurmaq lazım idi. İnşallah, mərhələ adlamaq vəzifəsini Bakıda yerinə yetirərik”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Neftçi”nin futbolçusu Cavid İmamverdiyev deyib.
Yarımmüdafiəçi Azərbaycan kubokunun 1/4 final mərhələsində “Simurq”la martın 7-də keçiriləcək cavab oyununa nikbin baxsa da, özü həmin matçda iştirak edə bilməyəcək. Bu da onun Zaqataladakı ilk qarşılaşmada qırmızı vərəqə almasıdır.
Belə ki, oyundan sonra rəqibin üzünə tüpürdüyü üçün İmamverdiyevə birbaşa qırmızı göstərilib: “Ancaq orda başqa söhbətlər də olub. Üzrlü hesab edin, bu haqda danışa bilmərəm. Klubdan həmin epizodla bağlı danışmağa icazə vermirlər. 2-3 gün sonra ətraflı açıqlama verə bilərəm”.
Qeyd edək ki, bu hərəkətinə görə, “Neftçi” rəhbərliyi Cavidi qeyri-müəyən müddətə əvəzedici komandaya göndərib.

0
0