Hakan Şükürlə Abdullah Avcı niyə oynamadılar?
01.05.2013 - 23:02
“Gözəl qarşılaşma izlədik. Tanınmış futbolçuların çıxışı xoşuma gəldi”. Bu sözləri apasport.az saytına AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Azərbaycan və beynəlxalq veteran futbolçulara arasındakı qarşılaşmadan (3:3) sonra jurnalistlərin suallarını cavablandıran baş katib bildirib ki, seçim zamanı ancaq dost hesab etdikləri futbolçulara dəvət göndərilib: “Sözün düzü, biz öz dostlarımıza müraciət etdik. Onlar da dəvətimizi qəbul edib, gəldilər”.
Məmmədov meydana çıxan ulduz futbolçuların karyerası ərzində qazandıqları kuboklara diqqət yetirdikdə maraqlı mənzərə ilə qarşılaşdıqlarını da gizlətməyib: “Meydana çıxan futbolçuların karyerası çox zəngindir. Ümumiləşdirsək, meydanda olan futbolçuların qazanmadığı kubok yoxdur. Yəni azarkeşlərin qarşısına dünya və Avropa çempionları, Çempionlar Liqası və UEFA kubokunun qalibləri, İngiltərə Premyer Liqası, Braziliya, İtaliya, Xorvatiya, Türkiyə, Azərbaycan çempionları çıxmışdılar. Bəzi futbolçular hələ də karyeralarını davam etdirəcək gücdə olduqlarını sübut etdilər. Hakimlərimiz də öz məharətlərini göstərdilər”.
AFFA rəsmisi Türkiyə futbolunun tanınmış siması Hakan Şükürün, eləcə də qardaş ölkə millisinin baş məşqçisi Abdulla Avcının meydana çıxmamağına da aydınlıq gətirdi: “Hakan Şükürün oyunda iştirak etməməsi onun təcili işinin çıxması ilə bağlıdır. Bildiyiniz kimi, o, həm də Türkiyə Böyük Millət Məclisinin üzvüdür. Ümid edirik ki, Hakan Şükür gələcəkdə yenidən ölkəmizə səfər edəcək və meydana çıxacaq. Abdulla Avcıya gəldikdə, onun sağ ayağında zədəsi var. Bu üzdən oynamadı. Amma oyunu izlədi. Fikrimcə, Rüştünü yenidən milliyə dəvət edəcək (gülür)”.

0
0