“Subay olsaydım, “Xəzər Lənkəran”a keçərdim” - MÜSAHİBƏ
15.05.2013 - 23:00
“Qarabağ” klubunun yarımmüdafiəçisi Vüqar Nadirovun apasport.az saytına müsahibəsi
- Topaz Premyer Liqasının hesabat turunda "Bakı" ilə oyununuz kifayət qədər gərgin keçdi. Bu gərginlik nədən qaynaqlanırdı?
- Razıyam, gərgin qarşılaşma idi. Üstəlik, havanın isti olması da oyunumuza təsir etdi. Buna baxmayaraq, qələbə qazandıq və turnir cədvəlindəki mövqeyimizi qoruduq. Mövsümü ikinci pillədə başa vuracağımız dəqiqləşib.
- İlk qolu “Bakı”nın vurmağı hansısa həyəcan yaratdımı?
- Deməzdim ki, hansısa həyəcan və ya stress yarandı. Əksinə, motivasiyanı bir qədər də artırdı. Onsuz da oyuna ciddi hazırlaşmışdıq.
- Paralel keçirilən görüşlərin nəticəsi barədə məlumat alırdınızmı?
- Kənardan bizə heç nə demirdilər. Üstəlik, bizi heç kimin oyunu, nəticəsi maraqlandırmır. Meydana qələbə üçün çıxmışdıq, bunu da bacardıq.
- “Qarabağ” çempion olmaq üçün çox əziyyət çəksə də, bəhrəsini görə bilmədi. Komanda harda səhvə yol verdi?
- Səhv demək olmaz. Biz “Neftçi”ni son oyunda udmalı idik. Bunu bacarsaydıq, kimin çempion olacağı son tura qədər bilinməyəcəkdi. Həm də biz liderliyə yüksələcəydik. Həmin oyun həlledici idi, lakin nəticəsi bizim üçün uğurlu alınmadı.
- Bu qədər vacib olduğunu bildiyiniz halda, niyə uda bilmədiniz?
- Qismət belə imiş. Əsas odur ki, bu günkü nəticəmizə də şükür etməliyik.
- Çempion ola bilməyəcəyinizi böyük ölçüdə dəqiqləşdikdən sonra klub rəhbərliyinin münasibəti necə oldu?
- Onlar çempionluq gözləyirdilər. Mövsümə də bu məqsədlə başlamışdıq. Alınmadı. Klub rəhbərliyi də bir söz demədi.
- Yeri gəlmişkən, Rauf Əliyevin aqressiv oynamağının səbəbi nə idi?
- Rauf bütün oyunlara belə çıxır. Aqressiv olmağı özündən asılı deyil. İstəyir ki, komandası qələbə qazansın, özü qol vursun. Buna görə də meydanın hər qarışı uğrunda qaçırdı.
- Əvvəlki illərdə “Qarabağ” yerli futbolçuları ilə öyünürdü. Ancaq cari mövsümdə yerli oyunçuların əksəriyyəti sanki bir qədər kölgədə qaldı. Əvəzində legionerlər sabit çıxışı ilə yerliləri üstələdi. Bunun səbəbi nədir?
- Bu legionerlərin komandaya daha çox uyğunlaşmasının göstəricisidir. Bizim üçün yerli və ya əcnəbi seçimi yoxdur. Əsas olan komanda şəklində güclü olmaqdır.
- Bəs yerli oyunçuların geriləməsinin səbəbi?
- Legionerlər həvəsli gəldilər. Bunun nəticəsi olaraq da özlərini yaxşı tərəfdən göstərməyi bacardılar. Yerli oyunçulara gəldikdə, elə də geriləmə hiss etmirəm. Hamısı çalışır ki, əsas heyətə düşsün, komandaya kömək eləsin.
- Ötən həftə müqavilənin müddətini 2 il müddətinə artırdız. “Qarabağ”a üstünlük verməyiniz nədən irəli gəlir?
- Bir ağdamlı, qarabağlı kimi komandada qalmağı məqsədəuyğun hesab elədim. Buna görə də, iki illik müqavilə imzaladım.
- Özünü başqa klubda sınaya bilməzdiz?
- Burda özümü yaxşı hiss edirəm.
- “Xəzər Lənkəran”da yad klub deyil. Vaxtilə şərəfini qoruduğunuz komandanın təklifini dəyərləndirməməyi onlardan narazı qalmağınızla əlaqələndirmək olarmı?
- Təklif almışdım. Baş məşqçiləri də oyunumu bəyənmişdi. Subay olsaydım, “Xəzər Lənkəran”a keçərdim. Ancaq ailəli olduğum üçün kənarda qalmaq istəmədim. Çünki darıxacaqdım.

0
0