“Heç yerdə belə komanda görmədim”
23.05.2013 - 06:00
“Heç yerdə belə komanda görmədim”
“Bavariya”nın əsas gücü, onun komanda ruhudur”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bavariya”nın hücumçusu Mario Mandjukiç deyib.

Xorvatiya milli komandasının üzvü Çempionlar Liqasının finalında qarşılaşacaq “Borussiya” - “Bavariya” matçından öncə fikirlərini bildirib: “Mən çox klublarda oynadım, amma heç yerdə belə komanda görmədim. Kollektivdə atmosfer sadəcə, yüksəkdir. Biz hamımız birlikdə mübarizə aparırıq və komandanın daxilində münasibətlər əladır. Start fitini gözləyirəm. Həmişə Çempionlar Liqasının finalında oynamağı və “Uembli”də olmağı arzu edirdim. Xəyallarım ona yaxındır”.
0