“Neftçi” üçün “Fola”
23.05.2013 - 09:36
“Neftçi” üçün “Fola”
Çempionlar Liqasının II təsnifat mərhələsində oynayacaq “Neftçi”nin daha bir potensial rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, səpələnmişlər sırasında yer alacaq “ağ-qaralar”ın rəqiblərindən olan Lüksemburq təmsilçisinin adına aydınlıq gəlib.

Ölkə çempionatının sonuna 1 tur qalmış çempionluğu təmin edən “Fola” tarixində 6-cı dəfə Lüksemburqun ən yaxşısı olub. Sonuncu dəfə 1929/30 mövsümündə belə uğur əldə edən komanda 83 ildən sonra titula yiyələnib.

Hələ “Neftçi” yaranmamışdan əvvəl çempion olan Eş təmsilçisi 25-ci turda “Jeness”i 5:1 hesabı ilə məğlub etməklə, xal hesabını 56-ya çatdırıb və ən yaxın izləyicisi “Dudelanj” üçün əlçatmaz olub. Sonuncular da turu qələbə ilə başa vursa da, 4 xallıq fərq “Fola”nı çempion edib.