Öncə “Qarabağ”, sonra La Liqa – “Vilyarreal”lının sıralaması
07.12.2020 - 10:26
Öncə “Qarabağ”, sonra La Liqa – “Vilyarreal”lının sıralaması

“Sona qədər çalışsaq da, qələbə qolunu vura bilmədik”.

Apasport.az saytının məlumatına görə, bunu İspaniyanın “Vilyarreal” klubunun müdafiəçisi Pervis Estupinian La Liqanın XII turunda “Elçe” ilə keçirilən oyundan barədə danışarkən deyib.

0:0 hesabı ilə nəticələnən matçdan sonra sosial şəbəkə vasitəsilə qısa fikrini bildirən ekvadorlu sol cinah oyunçusu Avropa Liqasında “Qarabağ”la oyuna qələbə üçün çıxacaqlarını söyləyib: “Bizim məqsədimiz hər matçda 3 xal qazanmaqdır. Avropa Liqasında qrup birinciliyini təmin etməyimizə baxmayaraq, “Qarabağ”la son görüşə də bunun üçün çıxacağıq. İndi yalnız bu qarşılaşmanı düşünürük. Ondan sonra tamamilə La Liqaya köklənmək olar”.

Qeyd edək ki, dekabrın 10-da “De La Seramika” stadionunda keçiriləcək “Vilyarreal” - “Qarabağ” oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq.
 

0