A Seriyasından Premyer Liqaya
27.01.2026 - 19:57
"Latsio"nun qapıçısı Kristos Mandas karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Apasport.az xəbər verir ki, "Bornmut" yunanıstanlı qolkiperi icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı oyunçu mövsümün sonunadək Premyer Liqa təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, "Latsio" Kristos Mandası 2023-cü ilin yayında "OFİ Krete"dən transfer edib. Yunanıstan millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində 1 rəsmi matçda meydana çıxıb.
- "Mançester Yunayted"də ciddi itki: 10 həftə yaşıl meydanlardan uzaq qalacaq
- "Barselona" futbolçusu ilə yeni müqavilə imzalamağa hazırlaşır
- "Real" Marselonun oğlu ilə ilk peşəkar müqaviləsini imzaladı
- “Bayer” isveçrəli qolkiperlə güclənib - Rəsmi
- “Bavariya”nın sabiq futbolçusu Braziliya klubuna idman direktoru təyin edilib
0
0