Addım-addım Premyer Liqaya! - "Hull Siti" finalda
12.05.2026 - 07:57
Addım-addım Premyer Liqaya! - "Hull Siti" finalda

İngiltərə Çempionşipdə pley-offun ilk finalçısı bəlli olub.

Apasport.az xəbər verir ki, Premyer Liqaya yüksəlmə uğrunda həlledici matçın iştirakçılarından biri "Hull Siti" olub.

"Pələnglər" yarımfinal mərhələsinin cavab oyununda "Miluoll"un qonağı olub. Evindəki matçdan qolsuz bərabərliklə ayrılan Acun Ilıcalının komandası məsələni səfərdə həll edib: 2:0.

"Hull" bu qalibiyyətlə pley-off finalına yüksəlib və əsas matçda "Sauthempton" - "Midlsboro" cütünün qalibiylə oynayacaq.

Tərəflər arasında ilk matç qolsuz heç-heçə ilə yekunlaşıb.