Aleksandr İsak açıqladı: "VƏDLƏRƏ ƏMƏL EDİLMƏDİ"
20.08.2025 - 15:52
Aleksandr İsak açıqladı: "VƏDLƏRƏ ƏMƏL EDİLMƏDİ"

"Nyukasl"ın hücumçusu Aleksandr İsak klubdan ayrılığı barədə açıqlama verib.

Apasport.az xəbər verir ki, "PFA Premier League 24/25" mükafatlandırma mərasimində iştirak etməyəcəyi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edən isveçli futbolçu qeyd edib:

"Mövsümün rəmzi komandasında yer aldığım üçün fəxr edirəm. İlk başda komanda yoldaşlarıma və "Nyukasl"da olduğum müddətdə mənə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm.

Lakin son vaxtlarda baş verən hadisələrə görə bu gün mərasimdə iştirak etməyim düzgün olmazdı.

Uzun müddətdir ki, hamı danışır. Lakin mən susuram. Bu müddətdəcə insanların öz versiyalarını və şaiyələrini uydurma fürsəti oldu. Lakin onlardan heç biri arxa planda baş verənləri bilmir.

Reallıq odur ki, bu klubda mənə verilən vədlərə əməl olunmur. Bu vəziyyətdə isə mənim mövqeyim öncədən məlum idi.

Bu vəziyyəti yenicə baş vermiş kimi qələmə vermək sadəcə yanıltmacdır.

Verilən vədə əməl edilmədikdə isə münasibət davam edə bilməz. Buna görə də mən öz qərarımı verdim və ayrılmağı seçdim. Bu qərar həm mənim, həm də digərlərinin maraqlarına uyğundur".

Qeyd edək ki, İsak yalnız "Liverpul"da oynamaq istədiyini açıq qeyd etmişdi. Tərəflər arasında şifahi razılıq əldə olunsa da, klublar arasında heç bir razılıq yoxdur.