Super Liqanın 2-ci həftəsində keçirilən "Göztepe" - "Fənərbaxça" matçında "sarı-lacivərdlilər"in prezidenti Ali Koça hücum edən şəxsin cəzası açıqlanıb.
Apasport.az xəbər verir ki, meydana enən prezidenti itələyərək yıxan Fatih Özkan 7 ay 15 gün həbs cəzası alıb.
Məhkəmə Özkanın "yenidən cinayət törətməyəcəyi" qənaətinə gəlmək mümkün olmadığını bildirərək cəzanı təxirə salmayıb və cərimə formasında ödənilməsini rədd edib.
Xatırladaq ki, matçın fasiləsində stadiona girə bilməyən "Fənərbaxça" azarkeşlərinin vəziyyəti ilə bağlı məlumat almaq üçün qapılara yollanan Ali Koç geri dönərkən "Göztepe" azarkeşləri tərəfindən atılan yad əşyaların hədəfi olub. Fürsətdən istifadə edən Özkan Ali Koçu arxadan itələyərək yerə yıxıb.
Hadisədən sonra saxlanılan Fatih Özkanın "Göztepe" rəhbərliyində rəsmi vəzifəsinin olmadığı və yalnız stadionda çalışdığı müəyyənləşib.
Bundan sonra şübhəli şəxs ev dustaqlığına məhkum edilib.
Qeyd edək ki, qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
- İspaniya de la Fuente ilə davam etmək istəyir – Müqavilə uzadılır
- Çempionlar Liqası: "Kayrat" "Omoniya"ya qarşı - YENİLƏNİR