Alleqri rəsmən "Milan"da
30.05.2025 - 14:45
Alleqri rəsmən "Milan"da

Xəbər verdiyimiz kimi, İtaliyanın "Milan" klubunun baş məşqçisi Serxio Konseysao 5 aydan sonra komandadan ayrılıb. 

Apasport.az xəbər verir ki, onu Massimiliano Alleqri əvəzləyəcək. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

57 yaşlı mütəxəssislə 2028-ci ilə kimi müqavilə imzalanıb. 

Qeyd edək ki, Alleqri sonuncu dəfə 2021-2024-cü illərdə "Yuventus"u çalışdırıb.