Alleqri Ximenezi gözdən çıxarıb
28.11.2025 - 16:17
Santyaqo Ximenez qış transfer pəncərəsi zamanı "Milan"ı tərk edə bilər.
Apasport.az xəbər verir ki, bu barədə insaider Nikolo Skira məlumat yayıb.
24 yaşlı futbolçu baş məşqçi Massimiliano Alleqrinin taktiki planlarına uyğun gəlmir. Klub rəhbərliyi yanvar ayından etibarən meksikalı hücumçu ilə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır. "Milan" oyunçunu 30 milyon avroya satmağı planlaşdırır.
Qeyd edək ki, Santyaqo Ximenez bu mövsüm A Seriyası təmsilçisinin heyətində 11 matçda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0