Almaniya yığmasında itki - heyətdən çıxarıldı
07.10.2025 - 11:23
DÇ-2026-nın seçmə mərhələsində oktyabrda keçiriləcək oyunlar öncəsi Almaniya millisində itki yaşanıb.
Apasport.az xəbər verir ki, “Nyukasl Yunayted”in hücumçusu Nik Voltemade qripə yoluxduğu üçün komandaya qoşula bilməyəcək.
Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, 23 yaşlı forvard bu mövsüm bütün turnirlərdə çıxış etdiyi 10 rəsmi matçda 5 qol vurub.
Qeyd edək ki, Yulian Nagelsmanın rəhbərlik etdiyi Almaniya millisi oktyabrın 10-da Lüksemburqu qəbul edəcək, 13-də isə Şimali İrlandiya ilə səfərdə qarşılaşacaq.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0