Alonsodan Mbappe açıqlaması
23.06.2025 - 08:35
"Real Madrid"in baş məşqçisi Xabi Alonso Klublararası dünya çempionatında "Paçuka" üzərində 3:1 hesablı qələbədən sonra mətbuat konfransında çıxış edib.
Apasport.az xıbır verir ki, təcrübəli mürəxəssis Kilian Mbappe ilə bağlı sualı cavablandırıb:
"Mən Mbappenin qayıdışını səbirsizliklə gözləyirəm. Biz gözləməliyik. Onun özünü necə hiss etdiyini biləmək vacibdir. Biz onu həqiqətən səbirsizliklə gözləyirik".
Xatırladaq ki, Kilian mədə-bağırsaq iltihabına görə xəstəxanaya yerləşdirilmişdi.
Mbappe bu mövsüm "Real Madrid"in heyətində 56 matçda 43 qol vurub və 5 məhsuldar ötürmə edib.
- Acun Ilıcalıdan iddialı açıqlama: “Premyer Liqaya yüksəlsək..”
- "Mançester Siti" və "Çelsi" 16 yaşlı vinger üçün yarışırlar
- "Napoli" də "Qarabağ"la oyuna görə cərimələnib
- "Atletik" "Qarabağ"la oyunda azarkeşlərin davranışına görə cəzalandırılıb
- Almaniya millisinin sabiq üzvü faciəvi şəkildə həlak olub
0
0