"Bornmut"un yarımmüdafiəçisi Antuan Semenyonu başqa bir İngiltərə klubuna keçə bilər.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Onun sözlərinə görə, 25 yaşlı futbolçu ilə "Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim maraqlanır.
Daha əvvəl mətbuatda "Liverpul" və "Mançester Siti"nin Semenyonu öz sıralarında görmək istədiyi barədə məlumatlar yayılmışdı.
Qanalı futbolçunun bazar dəyəri 55 milyon avro olaraq qiymətləndirilir. Semenyonun "Bornmut"la hazırkı müqaviləsi 2030-cu ilin iyunun sonunda başa çatacaq.
Antuan bu mövsüm Premyer Liqada 12 oyun keçirib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.
- Fatih Tekkenin istefası qəbul edilmədi – “Trabzonspor”da qaldı
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan