Ançelotti ilə yeni müqavilə - RƏSMİ
14.05.2026 - 22:50
Ançelotti ilə yeni müqavilə - RƏSMİ

Braziliya Futbol Federasiyası milli komandanın baş məşqçisi Karlo Ançelotti ilə bağlı qərar verib.

Apasport.az xəbər verir ki, italiyalı mütəxəssislə müqavilənin müddəti uzadılıb.

Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

66 yaşlı çalışdırıcı ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.