Anri Fransa millisində deyil, ABŞ-da işləmək istəyir
17.03.2023 - 12:34
Anri Fransa millisində deyil, ABŞ-da işləmək istəyir

Əfsanəvi fransalı futbolçu Tyerri Anri ölkəsinin qadınlardan ibarət milli komandasını çalışdırmaqdan imtina edib. 

Apasport.az saytı xəbər verir ki, 45 yaşlı sabiq hücumçu Fransa Futbol Federasiyasının təklifini qəbul etməyib. 

O, qurum rəsmilərinə “yox” cavabını verib. 

Son olaraq Belçika millisində köməkçi məşqçi işləmiş Anrinin əsas məqsədinin ABŞ millisinin “sükanı arxası”na keçmək olduğu bildirilir.

0