
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Araz-Naxçıvan”ın rəqibi olan Yunanıstanın “Aris” klubu heyətini gücləndirib.
Apasport.az xəbər verir ki, Saloniki təmsilçisi “Sassuolo”dan serbiyalı yarımmüdafiəçi Uroş Raçiçi və “Real Madrid”in sabiq müdafiəçisi Alvaro Teyeronu heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumata görə, Raçiçlə 4 illik, Alvaro ilə isə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Araz-Naxçıvan”la “Aris” arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu iyulun 24-də Bakıda, cavab qarşılaşması isə 31-də Salonikidə keçiriləcək.