Argentina millisinin üzvü ölkəsinə qayıda bilər
10.06.2025 - 21:15

“Roma”nın futbolçusu Leandro Paredes karyerasını öz ölkəsində davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
“Boka Xuniors” klubu yarımmüdafiəçini heyətinə qatmaq üçün danışıqlar aparır.
Komanda “Roma”ya 3,5 milyon dollar ödəməyə hazırdır.
Qeyd edək ki, Argentina millisinin üzvü başa çatan mövsümdə "qurdlar"ın heyətində 33 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.
0
0