Argentinalı hücumçu "Fiorentina"da qalır
26.09.2023 - 13:28
"Fiorentina" komandanın əsas hücumçusu ilə müqaviləni yeniləyib.
Apasport.az saytı xəbər verir ki, Nikolas Qonzales 2028-ci ilin yayına kimi “bənövşəyilər”in şərəfini qoruyacaq.
25 yaşlı argentinalı 2021-ci ildə “Ştutqart”dan Florensiya klubuna gəlib. Forvardın xüsusilə ingilis klublarının diqqət mərkəzində olduğu bildirilirdi.
Qeyd edək ki, bu mövsüm 7 matçda iştirak edən Qonzales 4 qol və 1 assistlə yadda qalıb.
- Acundan transfer mesajı – “Gələcəkdə yaxşı satışlar etməliyik”
- “Özünü Kenandan daha dəyərli görürsən?” – “Yuventus”dan Vlahoviçə sərt cavab
- DÇ-də istilər də rəqib olacaq – Norveç millisi ilk siqnalı verdi
- İran millisi DÇ üçün ABŞ vizasına müraciət etdi
- “Beşiktaş”dan dünya çempionuna maraq – Təklif göndəriləcək
0
0