“Arsenal” “Emireyts kuboku”nun qalibi oldu
09.08.2025 - 21:58
“Arsenal” “Emireyts kuboku”nun qalibi oldu

“Arsenal” “Emireyts kuboku”nun finalında İspaniyanın “Atletik” klubu ilə qarşılaşıb.

Apasport.az xəbər verir ki, azarkeşlər matçda üç qola şahidlik ediblər.

Görüş “topçular”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Emireyts kuboku” 2007-ci ildən təşkil olunur. Turniri ən çox qazanan komanda da məhz “Arsenal”dır – 9 dəfə.