“Borussiya Dortmund” “Arsenal”ın yarımmüdafiəçisi İtan Nvanerinin transferini rəsmiləşdirib.
Apasport.az xəbər verir ki, 19 yaşlı futbolçu 2026/27 mövsümünün sonunadək Bundesliqa klubunda icarə əsasında çıxış edəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmada satınalma hüququ nəzərdə tutulmayıb. Dortmund təmsilçisi ingiltərəli futbolçunun icarəsi üçün “topçular”a 5 milyon avro ödəyəcək.
Qeyd edək ki, “Arsenal”ın yetirməsi olan Nvaneri ötən mövsümün ikinci yarısını Fransanın “Marsel” klubunda keçirib. Yarımmüdafiəçi bu komandada meydana çıxdığı 11 matçda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.