“Arsenal”ın sabiq futbolçusu Billi Makkallou vəfat edib.
Apasport.az xəbər verir ki, Şimali İrlandiya əsilli müdafiəçi 90 yaşında dünyasını dəyişib.
Makkallou 1958–1966-cı illərdə London təmsilçisinin formasını geyinib. O, bu müddətdə “Arsenal”ın heyətində ümumilikdə 268 rəsmi oyunda meydana çıxıb.
Sol cinah müdafiəçisi həmçinin Şimali İrlandiya milli komandasının heyətində 10 matçda iştirak edib.
Billi Makkallou 1963-cü ildə “Arsenal”ın avrokuboklarda debüt edən ilk heyətinin üzvlərindən biri olub. O, eyni zamanda London klubunun tarixində Avropa turnirlərində qol vuran ilk müdafiəçi kimi yadda qalıb.
1966-cı ildə “Arsenal”dan ayrılan futbolçu daha sonra “Milluoll”, “Bedford Taun”, “Kork Seltik” və “Derri Siti” klublarında çıxış edib. Peşəkar karyerasını başa vurduqdan sonra isə mühəndis-elektrik kimi çalışıb.
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç