Asensio ölkəsinə qayıda bilər
26.12.2025 - 20:32
Asensio ölkəsinə qayıda bilər

"Fənərbaxça"nın futbolçusu Marko Asensio ölkəsinə qayıda bilər.

Apasport.az xəbər verir ki, "Sevilya" ispaniyalı yarımmüdafiəçini transfer etmək istəyir.

Bu barədə "AS" nəşri məlumat yayıb.

Komanda 29 yaşlı oyunçu üçün yanvar ayında Türkiyə klubuna təklif göndərməyi planlaşdırır. 

Qeyd edək ki, "Fənərbaxça" Marko Asensionu mövsümün əvvəlində PSJ-dən 7,5 milyon avroya transfer edib. Təcrübəli futbolçu bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.