"Atletiko"dan Simeone qərarı
01.08.2023 - 17:33
"Atletiko"dan Simeone qərarı

"Atletiko" rəhbərliyi komandanın baş məşqçisi ilə bağlı qərarını açıqlayıb.

Apasport.az saytı xəbər verir ki, Madrid klubu Dieqo Simeone ilə yola davam qərarı verib.

Tərəflər arasında danışıqlar oktyabrda milli komandaların oyunları üçün fasilə zamanı aparılacaq. İspaniya təmsilçisi 2011-ci ildən 53 yaşlı argentinalı məşqçinin rəhbərliyi altında meydana çıxır.

Qeyd edək ki, Simonenin 2026-cı ilin yayına kimi komandanın sükanı arxasında olması planlaşdırılır.

0