"Ayntraxt"ın müdafiəçisi Nataniel Braun Avropanın bir çox klubunun transfer siyahısında yer alıb.
Apsaport.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.
"Barselona", "Real", "Mançester Siti" və "Milan" almaniyalı sol cinah müdafiəçisini transfer etmək istəyir. Frankfurt klubu 22 yaşlı oyunçu üçün 65 milyon avro tələb edir.
Almaniya millisinin üzvü olan Nataniel Braun bu mövsüm Bundesliqa təmsilçisinin heyətində keçirdiyi 22 oyunda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Ayntraxt" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibidir. Komandalar arasındakı oyun 21 yanvar tarixində Bakıda keçiriləcək.