Azərbaycan klubunun sabiq üzvü Gürcüstan millisini çalışdıracaq
05.01.2026 - 14:55
“İnter”in (indiki “Şamaxı”) keçmiş futbolçusu Zurab Xizanişvilinin yeni iş yeri məlum olub.
Apasport.az xəbər verir ki, o, Gürcüstanın U-19 yığmasına baş məşqçi təyin edilib.
44 yaşlı mütəxəssis bundan öncə U-16 yaş qrupunda işləyirdi.
Xizanişvili 2015-2017-ci illərdə “İnter”in formasını geyinib.
0
0