Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar.
Apasport.az xəbər verir ki, tədbirdə İstanbulun “Fənərbaxça” klubunun prezidenti Aziz Yıldırım və qızı Hande Yıldırım da iştirak ediblər.
Dövlət başçısı və birinci xanım Hərbi Dəniz Qüvvələrində Türkiyə şirkətlərinin fəaliyyəti və həyata keçirilən birgə layihələrlə tanış olublar.
Səfər çərçivəsində Müdafiə Nazirliyinin “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC ilə Türkiyənin “DEARSAN Gəmi İnşaat Sənaye” AŞ-nin birgə istehsalat sahəsində hazırlanan hərbi texnikalar təqdim edilib.
Prezident İlham Əliyevə və Mehriban Əliyevaya “SALVO” silahlı insansız dəniz vasitələri (SİDV) və “KAYRA” kamikadze insansız dəniz vasitələrinin (KİDV) təyinatı, həmçinin taktiki-texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, Azərbaycanla birgə innovativ hərbi dəniz vasitələrinin istehsalını həyata keçirən “DEARSAN” şirkətinin Aziz Yıldırıma məxsusdur.