“Fənərbaxça”da yeni prezident Aziz Yıldırım transfer çalışmalarına sürətli başlayıb.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi hücum xəttini gücləndirmək üçün iki futbolçu ilə razılığa gəlib.
“Fotomaç”ın məlumatına görə, “sarı-lacivərdlilər” “Malyorka”da çıxış edən Vedat Muriç və Dortmund “Borussiya”sının hücumçusu Seru Girassini heyətinə qatmağa hazırlaşır.
Vedat Muriç üçün “Malyorka” ilə 15 milyon avro qarşılığında razılıq əldə olunub. Kosovolu futbolçudan da maaş və müqavilə mövzusunda razılıq alınıb.
Girassi ilə bağlı da danışıqlar müsbət nəticələnib. “Fənərbaxça”nın həm futbolçu, həm də onun klubu Dortmund “Borussiya”sı ilə bütün məsələlərdə anlaşdığı bildirilir.
Aziz Yıldırımın yaxın zamanda bu transferləri ictimaiyyətə açıqlayacağı gözlənilir.
Qeyd edək ki, Vedat Muriç 2019/2020 mövsümündə “Fənərbaxça”nın formasını geyinib.