Barış Alperin yeni imici - Ümit Davala stili - FOTO
14.06.2026 - 06:56
Barış Alperin yeni imici - Ümit Davala stili
 - FOTO

Türkiyə millisinin futbolçusu Barış Alper Yılmaz imicində dəyişiklik edib.

Apasport.az xəbər verir ki, 26 yaşlı oyunçunun yeni saç düzümü sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Azarkeşlər Barış Alperin yeni görünüşünü Türkiyə futbolunun unudulmaz simalarından Ümit Davalaya bənzədiblər.

Xüsusilə 2002-ci il dünya çempionatında fərqli saç düzümü ilə yadda qalan sabiq futbolçunun imici yenidən gündəmə gəlib.

Qeyd edək ki, Ümit Davala 2002-ci il dünya çempionatında Türkiyə millisinin heyətində uğurlu çıxışı ilə yanaşı, fərqli saç düzümü ilə də diqqət çəkmişdi.

Türkiyə həmin mundialı üçüncü pillədə başa vurmuşdu.