“Barsa” yetirməsini geri qaytara bilər
30.04.2025 - 22:27

İspaniya La Liqası təmsilçilərindən "Barselona" yayda heyətini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, kataloniyalılar "Bayer" forması geyinən Alexandro Qrimaldo ilə yaxından maraqlanır.
Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
İddialara görə, komanda oyunçu üçün 40 milyon avroluq bir təklif göndərməyi planlaşdırır.
Xatırladaq ki, Qrimaldo "Barsa"nın yetirməsidir.
İspaniya millisinin üzvü bu mövsüm "Bayer"in heyətində çıxış etdiyi 45 rəsmi matçda 4 qol, 12 assistlə yadda qalıb.
0
0