"Barsa"nın futbolçusu mövsümün qalan hissəsini buraxacaq
15.05.2025 - 08:32
"Barselona"nın hücumçusu Ferran Torres cari mövsümün qalan oyunlarını buraxacaq.
Apasport.az xəbər verir ki, 25 yaşlı futbolçunun appendisit əməliyyatı keçirib.
Bu səbəblə forvard cari mövsümün son 3 turunda forma geyinməyəcək.
O, La Liqada "Espanyol" (15 may), "Vilyarreal" (18 may) və "Atletik Bilbao"ya (25 may) qarşı oyunlarda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Torres bu mövsüm bütün turnirlərdə 45 matçda 19 qol vurub və 7 məhsuldar ötürmə edib.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0