Dortmund “Borussiya”sının müdafiəçisi Niko Şlotterbekin klubu ilə müqaviləsinin müddətini uzatmayacağı ehtimal olunur.
Apasport.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
26 yaşlı futbolçu yeni anlaşmadan imtina edərsə, gələn yay münasib qiymətə klubdan ayrılmaq imkanı əldə edəcək.
Şlotterbekə ciddi şəkildə maraq göstərən klublardan biri “Barselona”dır. Komandanın baş məşqçisi Hans-Diter Flik almaniyalı müdafiəçinin oyununu yüksək qiymətləndirir və onun transferi ilə şəxsən maraqlanır.
Şlotterbek cari mövsümdə bütün turnirlərdə 13 matçda iştirak edib və 2 məhsuldar ötürmə verib. Onun “Borussiya” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
- Fatih Tekkenin istefası qəbul edilmədi – “Trabzonspor”da qaldı
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan