"Barselona" de Yonqa yeni müqavilə təklif edib
06.03.2025 - 17:57

"Barselona" rəhbərliyi yarımmüdafiəçisi Frenki de Yonqun müqavilə müddətini uzatmaq istəyir.
Apasport.az xəbər verir ki, "Barselona" de Yonqa müqaviləsini uzatması üçün yeni təklif göndərib.
Məlumata görə, 27 yaşlı niderlandlının sözləşməsi 2028-ci ilə qədər vəuzadılacaq. Futbolçunun maaşı olduğu kimi qalacaq.
Bu mövsüm de Yonq bütün turnirlərdə 28 matçda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun "blauqrana" ilə hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
- “Real” azarkeşləri Mbappeni fitə basdı
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
0
0