"Barselona" ispaniyalı yarımmüdafiəçisi ilə müqavilə uzadacaq
27.05.2025 - 10:35

"Barselona"nın yarımmüdafiəçisi Mark Kasado klubu ilə müqaviləsini uzatmağa yaxındır.
Apasport.az xəbər verir ki, Kataloniya nəhəngi 21 yaşlı futbolçu ilə 2030-cu ilə qədər yeni müqavilə imzalamağa hazırlaşır.
Mark Kasado ötən mövsüm Hans-Diter Flikin komandasının heyətində bütün turnirlərdə 36 oyuna çıxıb, 1 qol vurub və 6 məhsuldar ötürmə verib.
İspaniyalının hazırkı müqaviləsi 2028-ci ilin ortalarında başa çatacaq.
0
0