"Barselona" ulduzuna qovuşur
11.04.2025 - 14:39
"Barselona" ulduzuna qovuşur

"Barselona"nın yarımmüdafiəçisi Dani Olmonun meydana qayıdacağı tarix müəyyənləşib.

Apasport.az "Diario Sport"a istinadla xəbər verir ki, yarımmüdafiəçi hazırda zədəsini sağaltma ərəfəsindədir.

Lakin "Barselona" əsas futbolçularından olan Olmonun sağlamlığı ilə bağlı risk etmək istəmir. Bu səbəbdən aprelin 26-da keçiriləcək Kral Kubokunun finalına qədər Dani matçları buraxacaq. 

O, bu mövsüm bütün turnirlərdə 28 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Barselona” İspaniya kubokunun finalına qədər 4 oyun keçirəcək.