"Barselona"da ayrılıq - RƏSMİ
02.09.2025 - 20:25

"Barselona"da ayrılıq baş verib.
Apasport.az xəbər verir ki, klub müdafiəçi Hektor Fortu icarəyə verib.
Kataloniyalılar 19 yaşlı futbolçunu "Elçe"yə göndərib. Bu barədə "göy-qırmızılar"ın mətbuat xidməti məlumat yayıb.
19 yaşlı sağ cinah müdafiəçisi gələn ilin yayına kimi La Liqa klubunun formasını geyinəcək.
Qeyd edək ki, Hektor Fort "Barselona"nın yetirməsidir.
0
0