“Barselona” yarımmüdafiəçisi Qavinin səhhəti ilə bağlı rəsmi açıqlama yayıb.
Apasport.az xəbər verir ki, 21 yaşlı futbolçu İspaniya La Liqasının II turunun “Elçe”yə qarşı keçirilən və Kataloniya klubunun 5:0 hesablı qələbəsi ilə başa çatan matçda sağ dizindən zədə alıb.
Qarşılaşmadan sonra İspaniya mətbuatında Qavinin çarpaz bağlarının zədələnə biləcəyi ilə bağlı məlumatlar yayılmışdı. Lakin tibbi müayinənin nəticələri ciddi problemin olmadığını göstərib.
“Əsas komandanın futbolçusu Qavi dünənki matç zamanı sağ dizindən zərbə alıb. Bu səhər aparılan tibbi müayinələr bunun sadəcə əzilmə olduğunu göstərib. Onun yaxın zamanda məşqlərə qayıtması gözlənilir”, – deyə klubun açıqlamasında bildirilib.
Qeyd edək ki, Qavi 2023-cü ildə İspaniya millisinin heyətində çıxış edərkən sağ dizinin ön çarpaz bağını qoparıb və uzun müddət yaşıl meydanlardan kənarda qalıb.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi