"Barselona"dan yeni rekord - 9-cu dəfə
16.05.2025 - 09:37
"Barselona" 9-cu dəfə eyni mövsümdə La Liqa və Kral Kubokunu qazanıb.
Apasport.az xəbər verir ki, ötən gün Hans-Diter Flikin komandası XXXVI turda "Espanyol"u 2:0 hesabı ilə məğlub edərək liqa çempionluğunu təmin edib.
Aprelin sonunda “mavi qranatlılar” finalda “Real Madrid”ə qalib gələrək (3:2) İspaniya kubokunun qalibi olmuşdular.
Beləliklə, "Barsa" 9-cu dəfə dubla imza atıb. Bu, tarixin ən yaxşı nəticəsidir.
"Barselona"nın əvvəlki dublu 2017/18 mövsümünə təsadüf edir.
Qeyd edək ki, "Real Madrid" 1988/89 mövsümündən bu yana çox uzun müddətdir ki, bu uğura nail ola bilmir.
- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi
0
0