"Barselona”nın sabiq futbolçusu karyerasını bitirib
31.12.2025 - 13:39
"Barselona”nın sabiq futbolçusu karyerasını bitirib

“Yuventus”un sabiq futbolçusu Miralem Pyaniç karyerasını bitirib.

Apasport.az xəbər verir ki, o, bu barədə insayder Nikolo Skiraya müsahibəsində deyib.

Pyaniç karyerası ərzində “Barselona”, “Yuventus”, “Lion”, “Beşiktaş” kimi klublarda çıxış edib. 35 yaşlı yarımmüdafiəçi Bosniya və Herseqovina millisində 115 oyunda 17 qol vurub.