“Barselona”nın üzvü Premyer Liqada çıxış edə bilər
23.04.2026 - 14:27
"Barselona"nın müdafiəçisi Alexandro Balde karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Aston Villa" ispaniyalı futbolçunu transfer etmək istəyir.
Bu barədə "The Sun" nəşri məlumat yayıb.
Birmingem təmsilçisi İspaniya millisinin üzvü üçün 50 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Alexandro Balde "Barselona"nın yetirməsidir. 22 yaşlı sol cinah müdafiəçisi bu mövsüm komandanın heyətində meydana çıxdığı 36 rəsmi matçda 3 qol ötürməsi ilə yadda qalıb.
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
- El-Şaaravinin yeni klubu bilindi – "Sabah"a gəlmədi
0
0