"Bavariya" 19 yaşlı futbolçu transfer edib
21.01.2025 - 16:55
Bundesliqa nəhənglərindən "Bavariya" komandaya yeni oyunçu cəlb edib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Münhen təmsilçisi "Hoffenhaym"ın 19 yaşlı futbolçusu Tom Bişovu heyətinə qatıb.
Almaniyalı yarımmüdafiəçi ilə 2029-cu ilin iyununa qədər sözləşmə imzalanıb. Ancaq futbolçu mövsümün sonuna qədər "Hoffenhaym"da çıxış edəcək.
Qeyd edək ki, Tom Bişov "Hoffenhaym"da bu mövsüm 24 oyuna 2 qol vurub, 3 qol ötürməsi edib.
- "Mançester Yunayted"də ciddi itki: 10 həftə yaşıl meydanlardan uzaq qalacaq
- "Barselona" futbolçusu ilə yeni müqavilə imzalamağa hazırlaşır
- "Real" Marselonun oğlu ilə ilk peşəkar müqaviləsini imzaladı
- “Bayer” isveçrəli qolkiperlə güclənib - Rəsmi
- “Bavariya”nın sabiq futbolçusu Braziliya klubuna idman direktoru təyin edilib
0
0