"Bavariya" Fransalı müdafiəçi ilə bağlı qərarını verdi - MÜQAVİLƏSİ UZADILDI
13.02.2026 - 17:44
"Bavariya" müdafiəçi Dayot Upamekano ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, komanda fransalı oyunçu ilə müqavilənin müddətini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 27 yaşlı futbolçu 2030-cu ilin yayınadək Bundesliqa təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, "Bavariya" Fransa millisinin üzvünü 2021-ci ildə "Leypsiq"dən 42,5 milyon avro qarşılığında heyətinə qatıb.
0
0