“Bavariya” fransalı müdafiəçi ilə yollarını ayıra bilər
04.03.2025 - 01:58

“Bavariya” sağ cinah müdafiəçisi Saşa Boey yayda komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, Almaniya mətbuatı məlumat yayıb.
"Bavariya" Saşa Boey ilə yollarını ayıracaq?
Bildirilib ki, 24 yaşlı fransalı futbolçuya müvafiq təklif gələrsə, yayda Münhen təmsilçisini tərk edəcək.
Bavyera klubu oyunçunun hazırkı çıxışından narazıdır.
Saşa Boeyin bu mövsümkü statistikası
Xatırladaq ki, “Bavariya” Boeyi keçən qış “Qalatasaray”dan 30 milyon avroya transfer etmişdi.
Qeyd edək ki, futbolçu bu mövsüm Bundesliqa təmsilçisinin heyətində 11 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0