"Bavariya" və "Çelsi" "Atletiko"nun futbolçusu üçün 70 milyon avro ödəməyə hazırdır
15.02.2025 - 15:16
!["Bavariya" və "Çelsi" "Atletiko"nun futbolçusu üçün 70 milyon avro ödəməyə hazırdır](https://apasport.az/storage/news/2025/february/15/big/67b0779bb777267b0779bb7773173961820367b0779bb777067b0779bb7771.webp)
Avropanın iki böyük klubu "Atletiko Madrid"in yarımmüdafiəçisi Pablo Barrios ilə maraqlanır.
Apasport.az "Bild"ə istinadla xəbər verir ki, "Bavariya" və "Çelsi" 21 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
Pablo Barrios "Atletiko Madrid"dən ayrılır?
Hər iki klub yarımmüdafiəçi üçün 70 milyon avro təklif etməyə hazırdır.
Pablo Barriosun "Atletiko" ilə müqaviləsi nə vaxt bitir?
Futbolçunun "Atletiko" ilə hazırkı müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.
Pablo Barriosun cari mövsümdəki performansı
Bu mövsüm yarımmüdafiəçi Madrid klubunun heyətində 24 matçda iştirak edib, 2 məhsuldar ötürmə edib.
0
0