"Bavariya"da ciddi itki
15.01.2026 - 11:45
"Bavariya"nın futbolçusu Konrad Laymer zədələnib.
Apasport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ötən gecə Bundesliqanın 17-ci turunda "Köln"lə matçda sıradan çıxıb.
Bu barədə komandanın baş məşqçisi Vinsent Kompani danışıb. O, Laymerin budunda ağrı hiss etdiyini və bu gün tibbi müayinədən keçəcəyini bildirib.
Qeyd edək ki, Laymer cari mövsüm 16 matçda 2 qol vurub və 4 qolun ötürməsini verib. O, 2025-ci ildə Avstriyada ilin oyunçusu seçilib.
0
0