“Bavariya”da ciddi itki
22.02.2026 - 09:36
“Bavariya” itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, komandanın müdafiəçisi Alfonso Deyvis sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bundesliqanın XXIII turu çərçivəsində “Ayntraxt”la keçirilən matçda (3:2) zədələnən 25 yaşlı futbolçunun ayaq əzələsinin liflərində tam yırtılma aşkarlanıb.
Qeyd edək ki, Kanada millisinin üzvü bu mövsüm "Bavariya"nın heyətində 12 rəsmi matçda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0