“Bayer”də yeni müqavilə
25.03.2026 - 14:46
“Bayer”də yeni müqavilə

"Bayer" futbolçusu Natan Tella ilə müqaviləni yeniləyib.

Apasport.az xəbər verir ki, bu barədə Leverkuzen klubunun mətbuat xidməti məlumat yayıb.

Yeni müqavilənin 2031-ci ilin yayına qədər nəzərdə tutulduğu bildirilib. 

Qeyd edək ki, 26 yaşlı futbolçu Almaniya klubuna 2023-cü ilin yayında qoşulub.